Müəllim və tələbələrimiz "İdeyanı Reallaşdır 2022" Qrant Müsabiqəsində qalib olublar
Universitetimizin müəllim və tələbələri Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" Qrant Müsabiqəsində "Bir vərəq bir yarpaq" adlı layihə ilə qalib olublar.
Layihənin məqsədi istifadə olunmuş kağızları təkrar emala verməklə daha az ağacların kəsilməsinə nail olmaq, yeni ağaclar əkməklə təbiətin yenidən yaşıllaşdırılmasına kömək etməkdir.
Layihənin direktoru universitetin Tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Günay Həsənovadır. Tələbələr Tünzalə Məcidova və Rəvan Kərimov isə layihənin rəhbəri və Dizayner və sosial media meneceridirlər.
Bundan başqa layihə çərçivəsində tələbələrdən ibarət təlimçilərin, könüllü qrupların iştirakı da planlaşdırılır.