İngilis dilində etnonimlərin etnolinqvistik xüsusiyyətləri
Filologiya elmləri üzrə fəlsəfə doktoru pqroqramının “German dilləri” ixtisası üzrə dissertantı Aidə Mirzəyeva “İngilis dilində etnonimlərin etnolinqvistik xüsusiyyətləri” mövzusu üzrə tədqiqat işi aparıb.
Elmi rəhbəri: fil.e.d., prof. Qaraşarlı Çingiz Məmməd oğlu
Tədqiqatın qısa xülasəsi: Üç fəsildən ibarət olan dissertasiya ingilis dilçiliyində aktual olan etnolinqvistik problemlərə həsr olunmuşdur. İşin aktuallığı ondan ibarətdir ki, etnonimlərdə dilin tarixi, onu danışan xalqın etnik mənşəyi, mədəniyyəti də əks olunur. Etnonimlər tez-tez konnatativ məna qazanır və dilin leksik-semantik məkanında da mühüm rol oynayır. Ona görə də “İngilis dilində etnonimlərin etnolinqvistik xüsusiyyətləri” mövzusu həm dilçilik, həm də xalqın etnik tarixi ilə sıx bağlıdır.
Tədqiqat gedişində dissertant ingilis etnonimlərinin semantik və üslubi xüsusiyyətləri ilə bağlı geniş sayda ədəbiyyata və mənbələrə müraciət etmiş, xeyli sayda faktoloji materialı elmi dövriyyəyə cəlb etmişdir. Dissertasiya işi ingilis dilinin enonimlərinin metaforik funksiyası haqqında tədqiqatçının tədqiq etdiyi dil faktları həm praktik, həm də nəzəri əhəmiyyətə malik olub, dilin frazeoloji sisteminin öyrənilməsində gərəkli mənbə rolunu oynaya bilər.