Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransı (NASCO XXV)
Noyabrın 23-də Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransının (NASCO XXV) açılış mərasimi keçirilib.
Konfransda giriş nitqi ilə çıxış edən təşkilat komitəsinin sədr müavini, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbirlə bağlı hesabat təqdim edib.
Elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışıb.
Daha sonra Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə süni zəka üzrə yeni qanunvericilik, qlobal trendlər, doktorantura və akademik laboratoriyalarda təcrübə haqqında çıxış edib.
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı Könül Qəhrəmanova da öz növbəsində “Azərbaycanda kimya elmi: dünəni, bugünü və gələcək inkişaf perspektivləri” mövzusunda məruzə edib.
Qərbi Kaspi Universitindən tədbirdə iştirak ediblər: Keklik Gezalova, Nərminə Qarayeva, Gülnarə Məmmədova əməkdaşları olub, həmcinin Qərbi Kaspi Universitetinin dissertantları - Əliağa Əzimzadə, Nigar Bağırova, Vüsalə Cəfərova, Leyla Mirhashimli, Şəms Umudova, Zümrüd Fərzəliyeva öz mərüzələrnən bölmələrdə çıxış ediblər və NASCO XXV tərəfindən məruzəçilərə sertifikat təqdim olunub.