Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Universitetimizin Debat Klubu mükafatlandırılıb

Universitetimizin Debat Klubu mükafatlandırılıb

Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Debat Raundu keçirilib.
Tədbirdə Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, tərəfdaş qurumların rəhbərləri, media nümayəndələri və gənclər iştirak edib.
Daha sonra “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində il ərzində fəaliyyəti ilə fərqlənən debat klublar, regional debat mərkəzləri və fəal gənclər Azərbaycan Gənclər Günü münasibəti ilə mükafatlandırılıb.
Tədbirdə universitetimizin debat klubu da il ərzindəki fəaliyyətinə görə fərqlənən klublardan biri olaraq mükafatlandırılıb. Mükafat "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova tərəfindən universitetimizin debat klubu sədri Tural Abduləzizova təqdim olunub.