Tələbələr üçün "Bədən dili" təlimi təşkil edilib
"Sözləriniz yanlış mesaj verə bilər, vücudunuz əsla!"
Qərbi Kaspi Universitetinin İctimai və Siyasi Elmlər Məktəbində "Bədən dili" təlimi təşkil edilib.
ARDNŞ-nin İnsan Resursları Departamentinin əməkdaşı, təlimçi Mahir Qaranın apardığı təlimdə tələbələrə "bədən dili", onun düzgün idarə ediləməsi, bu və digər hallarda özünü ifadəetmə formaları və s barədə maraqlı məlumatlar, praktik keyslər təqdim edilib.