Tələbələrimiz BMT-nin təlimlərində iştirak ediblər
Qərbi Kaspi Universitetinin tələbələri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində təşkil edilmiş “İnsan Hüquqlarının Tədrisi” mövzusunda təlim kursunda iştirak ediblər.
Təlimlərdə Qərbi Kaspi Universitetinin Politologiya və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Məhəmməd Məhərrəmov, Psixologiya fakultəsinin Bakalavr tələbəsi Bayram Bayramov, Sosial iş fakultəsinin bakalavr tələbəsi Cəlalət Hüseynova və Politologiya fakultəsinin Bakalavr tələbəsi Kamran Cəlilov iştirak edib və Sertifikatlarla təltif olunublar.