TƏLƏBƏLƏRİMİZ BEYNƏLXALQ MÜSABİQƏNİN YARIMFİNAL MƏRHƏLƏSİNƏ VƏSİQƏ QAZANIB
“46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan regional mərhələsində uğurla çıxış edən Qərbi Kaspi Universitetinin komandası yarımfinal mərhələsinə vəsiqəni təmin edib. Onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda iştirak edib.
Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütəmadi olaraq keçirilir.