Qərbi Kaspi Universitetinin müəllim və magistrları beynəlxalq konfransda iştirak ediblər
Qərbi Kaspi Universitetinin müəllim və magistrları beynəlxalq konfransda iştirak ediblər
Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” kafedrasının müəllimi biologiya üzrə fəlsəfə doktoru Natavan Kərəmova və “Hüquq psixologiyası” ixtisası üzrə təhsil alan 2-ci kurs magistr tələbələri Əsəd Əsədzadə, Cavanşir Abbaszadə və Ayişə Şirinova Gürcüstanda təşkil olunmuş 26 ölkənin iştirak etdiyi “Second International Conference Modern World Challenges: Regulating Human Rights, Social Security, and Welfare in Contemporary Multicultural World” (28 dekabr 2022) adlı beynəlxalq konfransda iştirak ediblər.
Kərəmova N.Y., Şirinova A.Ə. “Pathopsychological Challenges in Adolescents” mövzusunda, Abbaszadə C.Z. “Factors Causing Delinquent Behavior of Adolescents” mövzusunda, Əsədzadə Ə.S. isə “Bad Habits that Adolescents are Prone To” mövzusunda məruzə ediblər.