Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti Türkiyəyə ianə etdi

Qərbi Kaspi Universiteti Türkiyəyə ianə etdi

Qərbi Kaspi Universiteti Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı olaraq qardaş ölkəyə 30 000 dollar (570 min lirə) ianə edib.

Bununla bağlı qərar Universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib və dünən köçürmə həyata keçirilib.

"Faciə zamanı həlak olanlara Allahdan rəhmət, doğmalarına səbr diləyir, yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq. Ən xoş və ən çətin günlərdə bir-birinin yanında olan iki qardaş ölkə bugünkü ağır günlərdə də bir-birinin yanındadır. İnanırıq ki, qardaş Türkiyə bu çətin günləri də geridə qoyacaq” – deyə Şuranın qərarında bildirilir.