Qərbi Kaspi Universiteti

Fakültələr

Dizayn Məktəbi

Dizayn Məktəbi

Dizayn fakültəsi  Azərbaycan Respublikasında ilk dəfə olaraq Qərb Universitetində 1996-ildə yaradılıb. 2017-ci ildən Qərbi Kaspi Universitetinin Dizayn fakültəsi Dizayn məktəbi adlandırılır. Yeni yaradılan məktəbin məqsədi qlobal düşüncə tərzinə və zəruri professional kompetensiyalara malik mütəxəssis hazırlamaqdır. Müasir cəmiyyətin tələblərinə cavab verən təhsil nəticəsində əldə edilən biliklər və bacarıqlar gələcək mütəxəssislərə bədii-layihə məsələlərini həll etməyə kömək etmək məqsədi daşıyır.

Yaradıcılıqda funksional istiqamətlənməni və sistemli təfəkkür qabiliyyətini gələcək dizaynerlərə aşılamaq üçün Dizayn məktəbitəhsil proqramını kompleks fənlər üzərində qurmuşdur.

Dizayn fakültəsi yaradıldığı zamandan Azərbaycan Respublikasının təhsil sistemində güclü bir mərkəzə çevrilib, məktəbə müəllim qismində fəaliyyətdə olan dizaynerlər, rəssamlar, memarlar, mühəndislər cəlb olunublar. Onların tələbələrə aşıladığı layihə təfəkkürü, metodikası və universitetdə mövcud olan yüksək səviyyəlitəhsil öz bəhrəsini verir, fakültənin tələbələri hələ təhsil aldıqları zaman real dizayn layihələrə qoşulmaq imkanını qazanırlar, beynəlxalq mübadilə proqramlarında iştirak edirlər. Onlar təhsil aldıqları müddətdə ölkədə və xaricdə keçirilən bir çox müsabiqələrdə iştirak edərək diplom və mükafatlara layiq görülürlər.

Dizayner peşəsi müasir dövrümüzdə ən aktual peşələrdən biridir. Dizaynın əhatə dairəsi olduqcageniş və müxtəlif,dizaynerin fəaliyyəti isə çoxplanlıdır. Dizaynermüxtəlif sahələrdə çalışa bilər və seçdiyi istiqamətdən asılı olmayaraq, öz bilik və bacarıqları hesabına dünyanın istənilən nöqtəsində belə öz fəliyyətini apara bilər.

 

Tədrisin formaları

  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən  müəyyən edilmiş standartlar üzrə bakalavriatura, magistratura, doktorantura pilləsində ənənəvi və distant  təhsil.
  • Universitetin aparıcı müəllimləri tərəfindən hazırlanmış proqramlar üzrə üç illik ikinci təhsil.
  • İşləyən tələbələr üçün fərdi qrafiklər üzrə tədrisin təşkili. Təhsilin qiyabi formasından fərqli olaraq tələbələr onlar üçün xüsusi  hazırlanmış cədvəl üzrə tədris prosesində iştirak edirlər, həmçinin tələbələr elektron formada zəruri materiallarla təmin edilirlər: nəzəri material, təsviri və praktik tapşırıqların icrasının nümunələri, sərbəst iş üçün tapşırıqlar.
  • Bundan başqa, tələbələr müəyyən  edilmiş vaxtda elektron poçt vasitəsi ilə müəllimlə ünsiyyət saxlaya bilərlər.( Microsoft Teams, Skype, WhatsApp və s).

            Qərbi Kaspi universitetində  təhsilin üstünlükləri

  • Akademik, həm də praktik fəaliyyətlə məşğul olan  və böyük təcrübəyə malik olan yüksək ixtisaslı müəllimlər
  • Kiçik saylı qruplar
  • Fərdi yanaşma
  • Bütün zəruri materiallarla təminat
  • Elektron və kağız daşıyıcılarda  müasir kitabxananın mövcudluğu.
  • Auditoriyaların müasir avadanlığı, qrafik proqramlarla təmin edilmiş kompüter sinifləri.
  • Əyani vəsaitlərlə təmin edilmiş və  ölkədə analoqu olmayan müasir emalatxanalar. 

          Məktəbdə aşağıda qeyd olunan  emalatxanalar və laboratoriyalar yaradılıb:

  • Rəsm emalatxanası
  • Rəngkarlıq emalatxanası
  • Materialşünaslıq laboratoriyası
  • Kompüter laboratoriyası

 Akademik heyət

  • Əliyev Elçin- Azərbaycan Memarlar və Dizaynerlər İttifaqının üzvü, Qərbi Kaspi Universitetinin Professoru, Sənətşünaslıq üzrə elmlər doktoru. 
  • Sadıxova Sevil- Professor, Sənətşünaslıq üzrə elmlər doktoru
  • Gülrəna Mirzə - Sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent. 
  • Aşurli Yevgeniya- Dosent, Azərbaycan Dizaynerlər İttifaqının üzvü
  • Əliyeva Pərvanə - Dizayn kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü,
  • Rəsulov Elnur -  baş müəllim, Azərbaycan Rəssamlar İttifaqının üzvü
  • Məmmədov Əfrasiyab- Dosent, Azərbaycan Dizaynerlər İttifaqının üzvü
  • Maksimov Eynulla- müəllim, Azərbaycan Dizaynerlər İttifaqının üzvü
  • Vəlixanova Məryəm-müəllim, Azərbaycan Rəssamlar  İttifaqının üzvü
  • Əliyeva Zümrüd-müəllim
  • Quluyeva Qızqayıt-müəllim
  • Bədəlova Aysel-müəllim
  • Əjdərov Fariz-müəllim

Bizimlə Əlaqə: 

Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks: AZ1072

Telefon: +994 12 565 39 74

@: design.school@wcu.edu.az 

Kafedralar

 

 

Akademik heyət

 

 

Bakalavr səviyyəsi üzrə

 

Magistratura səviyyəsi üzrə

 

Doktorantura səviyyəsi üzrə

 

  • Sevda Sadıxbəyova - Dosent, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dizayn məktəbinin dekanı
  • Elçin Əliyev - Professor, Sənətşunasılıq üzrə elmlər doktoru; Azərbaycan Memarlar və dizaynerlər İttifaqının üzvü
  • Sevil Sadıxova - Professor, Sənətşünaslıq üzrə elmlər doktoru
  • Pərvanə Əliyeva - Azərbaycan Memarlar İttifaqı üzvü
  • Gülrəna Mirzə - Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent, Azərbaycan Rəssamlar Ittifaqının üzvü, Rusiya Imperatorluq Evi və Azərbaycan Tarixi-Şəcərə Cəmiyyətinin üzvü
  • Eynulla Maksimov - Azərbaycan Rəssamlar İttifaqının üzvü
  • Əfrasiyab Məmmədov - Dosent, Azərbaycan Rəssamlar İttifaqının üzvü
  • Elnur Rəsulov - Baş müəllim, Azərbaycan Rəssamlar İttifaqın üzvü
  • Zümrüd Əliyeva - Azərbaycan Rəssamlar İttifaqının üzvü
  • Məryəm Vəlixanova - Azərbaycan Rəssamlar İttifaqının üzvü
  • Leyla Hüseynova - Müəllim
  • Leyla Əfəndiyeva - Azərbaycan Rəssamlar İttifaqının üzvü,Azərbaycan Akvarel Cəmiyyəti Azərbaycan IWS- nın üzvü
  • Əsli Abbasova - Azərbaycan Rəssamlar İttifaqın üzvü
  • Qızqayıt Quliyeva - Müəllim