Ekologiya
Proqram: Ekologiya
Müddət: 4 il
Kredit: 240
Təhsil forması:əyani
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis və rus
Program haqqında
Ekologiya ixtisası üzrə proqramın məqsədi ekologiya sahəsində yüksək səviyyəli mütəxəssislər hazırlamaqdan ibarətdir. Bu məqsədlə tədris planına əsasən tələbələr yeni texnosferin formalaşdırılması, texniki yeniliklərin sosial-ekoloji müstəvidə qiymətləndirilməsi, onların biosfer qanunlarına uyğun olmasının müəyyənləşdirilməsi, kainatın öyrənilməsi, fizikada nəzəri və təcrübi metodların istifadəsi, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri, atom molekul nəzəriyyəsinin quruluşu, maddələrin təyini və kimyəvi müəyyən olunması metodları haqqında biliklərə malik olacaqlar. Tələbələr üçün eyni zamanda layihə sənədlərinin və qrafiki işlərin aparılması, texniki sxemlərin və cizgilərin tərtibat qaydaları, müasir proqramlardan istifadə qaydaları, neft-kimya istehsalında yaranan tullantıların təsnifat məsələləri, qapalı su təchizatı sistemlərinin yaradılması, ətraf mühitin mühafizəsi, qaz tullantılarının zərərsizləşdirilməsi, müxtəlif ehtiyatlardan səmərəli istifadə olunması və onların bərpası prinsipləri, ekoloji ekspertiza və s. tədris olunacaqdır.Tələbələrin təcrübə keçmələri üçün Ekoloji Səyyar və Geomatika laboratoriyaları yaradılmışdır. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunmuşdur.
Əldə ediləcək bilik və bacarıqlar
- Fizika və kimyanın ixtisas üzrə zəruri olan bölmələrinə dair baza biliklərə ve praktiki bacarıqlara;
- Ekologiya üzrə malumatların işlənməsi və analizi zamanı lazım ekoloji elmlarin riyazi üsullarını manimsemək üçün riyaziyyatın fundamental bölmələri üzrə baza biliklərə malik olmaq;
- Ekologiyada fiziki, kimyevi ve bioloji əsasları mənimsəmək üçün fizika, kimya ve biologiyanın fundamental bölmələri üzrə baza biliklərə malik olmaq;
- Kimyəvi va ekoloji analiz metodlarını mənimsəmək, eyni zamanda coğrafi va bioloji analizler aparmaq üçün lazım olan metodları bilmək və bacarmaq, biomüxtelifliyin identifikasiyası və təsviri;
- Iş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə.
Məzunlarin iş tapmaq imkanları
Bu proqramın məzunları ixtisas dərəcəsinə uyğun özəl təşkilatlarda, şirkətlərdə, dövlət müəssisələrində,dərin ekoloji biliklərin tələb olunduğu elmi-tadqiqat institutlarında, laboratoriyalarında və mərkəzlərində, universitetlərdə, elacə də innovasiya va digər ümumsahəvi kompetensiyaların tələb olunduğu sahələrdə işləyə bilərlər