Qərbi Kaspi Universiteti

Tələbələrimiz üçün Almaniyada təqaüdlə təhsil şansı!

Tələbələrimiz üçün Almaniyada təqaüdlə təhsil şansı!

Erasmus+KA107 mübadilə proqramı Avropa Komissiyası tərəfindən maliyyələşən təhsil proqramıdır. Almaniyanın Schmalkalden Tətbiqi Elmlər universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin yaz semestri üçün bakalavr pilləsi üzrə tələbə qəbulunu açıq elan edir.

KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?

KA-107 Erasmus+ mübadilə proqramında iştirak etmək üçün tələbələr aşağıda qeyd olunan kriteriyalara uyğun gəlməlidirlər:

  • Biznes və İqtisadiyyat; Kompüter Mühəndisliyi.
  • Təhsil pilləsi: II və III kurs
  • İngilis dili səviyəssi: B2
  • Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək olmalı.

Qeyd: Dil səviyyəsi imtahan əsasında müəyyən olunacaq. İmtahan 28.11.2022-ci il saat 10:00 və 15:00-da Qərbi Kaspi Universitetinin Ə.Rəcəbli binasında (111-ci otaq) keçiriləcəkdir.

TƏQAÜD VƏ DAVAM ETMƏ MÜDDƏTİ

  1. Mübadilə proqramının müddəti: 4 ay (Aprel-İyul)
  2. Bir tələbə üçün nəzərdə tutulan təqaüd
  • səyahət xərcləri - 275 avro
  • təhsil xərcləri hər ay üzrə - 850 avro

Almaniyanın Schmalkalden Tətbiqi Elmlər universitetinin Qərbi Kaspi universitetinin tələbələri üçün ayirdığı yer sayı: 1

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  • CV ingilis dilində (Europass)
  • Motivasiya məktubu – ingilis dilində (motivation letter)
  • Pasportun surəti
  • Ümumi Orta Müvəffəqiyyət Göstəricisini təsdiq edən sənəd (transkript)

Qeyd: Tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur.

Müraciət etmək istəyən tələbələr qeyd olunan sənədləri 27.11 2022 -ci il tarixinə qədər erasmus@wcu.edu.azemail ünvanına göndərə bilərlər.

Ətraflı məlumat əldə etmək istəyən tələbələr erasmus@wcu.edu.az elektron ünvanı  və ya Qərbi Kaspi Universitetinin Ə.Rəcəbli binası 111-ci otağa yaxınlaşa və ya (012) 5653977 (116 daxili ) nömrə ilə əlaqə saxlaya bilərlər.