ERASMUS+ PROQRAMI İLƏ İSPANİYADA OXUMAQ İSTƏYƏN TƏLƏBƏLƏRİMİZİN NƏZƏRİNƏ!
Erasmus+KA107 mübadilə proqramı Avropa Komissiyası tərəfindən maliyyələşən təhsil proqramıdır. İspaniyanın Kastello Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin yaz semestri üçün bakalavr pilləsi üzrə tələbə qəbulunu açıq elan edir.
KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?
Erasmus+ mübadilə proqramında iştirak etmək üçün tələbələr aşağıda qeyd olunan kriteriyalara uyğun gəlməlidirlər:
• Fakültə: Dizayn
• Təhsil pilləsi: II və III kurs
• İngilis dili səviyəsi: ən azı B1
• Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək olmalı.
Qeyd: Dil səviyyəsi imtahan əsasında müəyyən olunacaq. İmtahan 10.11.2022-ci il saat 10:00 və 15:00-da Qərbi Kaspi Universitetinin Ə.Rəcəbli binasında (111-ci otaq) keçiriləcək.
TƏQAÜD VƏ DAVAM ETMƏ MÜDDƏTİ
1. Mübadilə proqramının müddəti: 5 ay (Fevral-May)
2. Bir tələbə üçün nəzərdə tutulan təqaüd
• səyahət xərcləri - 520 avro
• təhsil xərcləri hər ay üzrə - 850 avro
3. İspaniyanın Kastello Universitetinin Qərbi Kaspi Universitetinin tələbələri üçün ayırdığı yer sayı: 4
TƏLƏB OLUNAN SƏNƏDLƏR:
• CV ingilis dilində (Europass)
• Motivasiya məktubu – ingilis dilində (motivation letter)
• Pasportun surəti
• Ümumi Orta Müvəffəqiyyət Göstəricisini təsdiq edən sənəd (transkript)
Qeyd: Tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur.
Müraciət etmək istəyən tələbələr qeyd olunan sənədləri 09.11 2022 -ci il tarixinə qədər erasmus@wcu.edu.az email ünvanına göndərə bilərlər.
Ətraflı məlumat əldə etmək istəyən tələbələr erasmus@wcu.edu.az elektron ünvanı və ya Qərbi Kaspi Universitetinin Ə.Rəcəbli binası 111-ci otağa yaxınlaşa və ya telefonla (012) 5653977 (116 daxili ) əlaqə saxlaya bilərlər.