Western Caspian University

Teachers

School of Economics and Business

Terlan Novrasli

Doctor of philosophy in art studies, Associate Professor

Introduction to tourism, Tourism behavior and psychology, Recreation and health

+994 12 565 39 77

terlan.novresli@wcu.edu.az

22 yanvar 1978-ci il tarixində Bakı şəhərində anadan olub, azərbaycanlıdır.

1992-1994-cü ildə Bakı şəhəri 1 nömrəli Bakı Peşə Liseyində (hazırkı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Turizm kolecində) təhsil almışdır.

1995-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (köçürülmüşdür), Kultrologiya Fakultəsində bakalavr pilləsində təhsil alıb.

1996-1999-cu illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda, “Kommersiya” ali peşə istiqaməti üzrə, “əmtəə bazarında və xidmət sahəsində” ixtisasında bakalavr dərəcəsi verilmişdir.

1999-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Kommersiya” ali peşə-ixtisas təhsili istiqaməti üzrə “Əmtəə bazarında və xidət sahəsində kommersiya fəaliyyəti” ixtisaslaşması üzrə Magistr dərəcəsi verilmişdir. (Fərqlənmə diplomu).

Ölkəmizdə bəzi sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dovlət xətti ilə doktoranturada təhsil almaq üçün Türkiyə Respublikasına göndərilmişdir və 2002-2003-cü illərdə Türkiyə İzmir Ege Universiteti, Türk Dünyası Araşdırmaları İnstitutu, (türkçə  öyrənmə programını müvəffəqiyyətlə tamamlayaraq) A səviyyəsində diplom almışdır. Daha sonra təhsilini 2003-2010-cu illərdə Türkiyə “İzmir Dokuz Eylül Universitetində sosial elmlər üzrə davam etdirmişdir və 2010-cu ildə “Azərbaycan Turizm Potensialının İnkişaf Məqsədli Qiymətləndirilməsi” adlı iqtisadiyyat üzrə fəlsəfə doktoru  dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında                                                                                                                                    Ali Attestasiya kommitəsinin təkrar attestasiya olmaqla Sənətşünaslıq Üzrə Fəlsəfə Doktoru dərəcəsi verilmişdir.

1992–ci ildən istehsalat təcrübəsinə başlayaraq öncə Azərbaycan Mehmanxanası olmaqla 2010-cı ilə qədər Azərbaycanın və Türkiyənin müxtəlif ictimai iaşə müəssisələrində müxtəlif turizm müəssisələrinin tələbinə uyğun müxtəlif peşələr üzrə təcrübə almışdır.

1995-ci ildə «Yeni Azerbayca Partiyası» sıralarına könüllü olaraq daxil olmuşdur və həmin ildən ADMİU, BƏKİ, və UNEC-də həmkarlar təşkilatının sədri vəzifəsini icra etmişdir.

Ailəlidir, üç övladı var.

MÜKAFATLAR, TƏLTİFLƏR VƏ DİGƏR SERTİFİKATLAT:

  • 61№ məktəbin direktoru tərəfindən verilən ona yaxın təşəkkürnaməsi.
  • 1999-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda, mədəni-kütləvi tədbirlərin təşkilinə dair Rektor tərəfindən təşəkkürnamə.
  • 1989-Şahmat üzrə birinci dərəcə diplomu, 1990- Şahmat üzrə gənclər arasında birinci yer, 2003-Şahmat üzrə Türkiyə “Ege” Universitetində üçüncü yer.
  • 2003-Turkiyə, İzmir “TDAE” mədəni kütləvi tədbirlərdə “EGE” Universiteti rektoru tərəfindən təşəkkürnamə.
  • T.C. Kültür ve Turizm Bakanlığı İzmir İ Kültür Ve Turizm Müdürlüğü: Teşekkür Belgesi. 21 mart 2004. İzmir İl Kültür Ve Turizm Müdürü.
  • Ege Universitesi Rektor Ülkü BAYINDIR tarafından Teşekkür Belgesi.
  • 1995-Yeni Azərbaycan Partiyasının “Gənc Ana Vətənçilər Asammbleyasında” birinci yer diplom.
  • 2021-ci ildə ATMU-nun 15 illiyi münasibəti ilə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri tərəfindən imzalanmış «Fəxri Fərman» ilə təltif edilmişdir.