Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Sona Mammadli

Lecturer

Physics

+994 12 565 39 74

sona.memmedli@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • Ümumi fizika
  • Radiasiya materialşünaslığı

Məmmədli Sona Naseh qızı 9 fevral 1995-ci ildə Xaçmaz rayonu Həsənqala kəndində anadan olmuşdur. 2008-ci ildə Xudat şəhər musiqi məktəbini, 2011-ci ildə Həsənqala kənd orta məktəbini bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin ingilis bölməsinə daxil olmuşdur. 2015-ci ildə Fizika ixtisası üzrə bakalavr pilləsini bitirmiş, elə həmin ildə Qaz və plazma elektronikası ixtisasına qəbul olmuşdur.

2017-cı ildə magistr pilləsini Fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildə ASAN Xidmət mərkəzində Könüllülük fəaliyyətini 1-ci dərəcə ilə bitirmişdir. 2018-ci ildə ATEF Group of Companies-də İdarəetmə Sistemləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2020-ci ildə AMEA-nın Radiasiya Problemləri İnstitutunda doktorantura pilləsinə daxil olmuşdur.

Beynəlxalq konfranslarda çıxış etmiş və bir neçə məqalələrin müəllifidir. 2021-ci ildən Kapital Bank-da İT sistemləri üzrə mütəxəssis vəzifəsində işləyir. 2022-ci ildən Qərbi Kaspi Universitetində, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbində müəllim vəzifəsində çalışır.