Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Sarvan Huseynov

Associate professor, Doctor of Mathematics

Applied mathematics, mathematical analysis

+994 12 492 74 18

sarvan.huseynov@wcu.edu.az

Hüseynov Sarvan Təhməz oğlu 1971 – cı ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuşdur. 1988 – ci ildə orta məktəbini bitirmiş, 1989-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur.

1997-ci ildə Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1998-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun 1211.01-Diferensial tənliklər ixtisası üzrə  aspiranturasına daxil olmuşdur.  2000-ci ildə “Qeyri-müntəzəm qüvvət üstlə cırlaşan ikinci tərtib divergent formalı elliptik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, 1211.01-Diferensial tənliklər ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 2000-ci ildən isə BDU-nun mexanika riyaziyyat fakültəsinin   dosenti vəzifəsində işləyir. 

2018-ci ildə “İkinci tərtib cırlaşan  elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda doktorluq  dissertasiyasının ilkin müzakirəsini keçirmiş və 2022-ci ildə müdafiə edərək, 1211.01-Diferensial tənliklər ixtisası üzrə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 45 elmi məqaləsi və 30 elmi tezisi çap olunmuşdur. Bunlardan 12-si impakt faktorlu jurnallarda, 7-si isə Skopusa düşən elmi jurnallarda çap olunmuşdur.