Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Sabina Jafarzadeh

Lecturer

Ecological genetics, Plant physiology, Molecular biology

+994 12 565 39 74

sebine.ceferzade@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • Bioekologiya
  • Ekologiya

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Cəfərzadə Səbinə Akif qızı 04 oktyabr 1989-cu ildə Beyləqan şəhərində anadan olmuşdur. 1996-2006-cü illərdə 163 nömrəli məktəbdə orta təhsil, 2006-2010-cı illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr təhsili almışdır. 2010-2012-ci illərdə BDU-da “Bitkilərdə sintez olunan maqnit nano hissəciklərinə radiasiyanın təsiri” mövzusunda elmi işini uğurla müdafiə edərək magistr dərəcəsi əldə etmişdir.

2014-2018 ci illərdə Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dissertantı olmuş, 2014-2015-ci illərdə Qərbi Kaspi Universitetinin magistratura və doktorantura şöbəsində laborant, 2016-2017-ci illərdə Mərkəzi Nəbatat bağında kiçik elmi işçi, 2020-2021-ci illərdə Şamaxı şəhər orta məktəbində kimya-biologiya müəllimi, 2021-22-ci illərdə BDU-da saat hesabı müəllim, 2022-ci ilin sentyabr ayından Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasında ştat müəllim vəzifəsində çalışır. 20 elmi əsərin müəllifidir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru elmi dərəcəsi alması üçün “Böyük Qafqazın şimal-şərq hissəsinin Pyrus L. cinsi növlərinin in situex situ şəraitində ekobioloji xüsusiyyətləri” mövzusunda elmi işinin müdafiəsi ərəfəsindədir

Ünvan: Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A