School of Political and Social Sciences
Reyhan Ahmadova
PhD in Psychology
Psychology, Pedagogy, Pedagogical psychology, Educational psychology
+994 12 565 39 77
r.akhmadova@wu.edu.az
1996-2004-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının Psixologiya fakültəsində bakalavr və magistr səviyyələrində təhsil alıb. 2001-ci ildə Səbayıl rayonundakı 199 saylı orta məktəbdə məktəb psixoloqu vəzifəsi ilə peşə fəaliyyətinə başlayıb. 2005-ci ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun “Ali və orta peşə ixtisas təhsili” şöbəsində müsabiqə əsasında elmi işçi vəzifəsinə seçilib. Elə həmin il ARTPİ-nin “Psixologiya və yaş fiziologiyası” şöbəsinə təhkim olunmaqla dissertanturaya qəbul olunub. 2017-ci ildə «Məktəb psixoloqlarının peşəkar kimi özünüdərkinin xüsusiyyətləri» mövzusunda dissertasiya müdafiə edib və “Psixologiya üzrə fəlsəfə doktoru” elmi adını almışdır. Hal-hazırda Qərbi Kaspi Universitetinin “Pedaqogika, psixologiya və sosiologiya” kafedrasında müəllimdir. 15 elmi məqalənin, 3 tezisin, 2 kitabın həmmüəllifi, 5 tədris proqramının müəllifi, 6 kitabın tərcüməsidir. Psixologiya, Pedaqogika, Pedaqoji psixologiya, Təhsil psixologiyası və s. kimi fənnləri tədris edir.