School of Advanced Technologies and Natural Sciences
Nijat Suleymanov
Lecturer
Mathematical analysis, Engineering mathematics
+994 12 565 39 74
nicat.suleymanov@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Funksional analiz
- Operator diferensial tənliklərin spektrinin araşdırılması
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Süleymanov Nicat Mikayıl oğlu 09 yanvar 1987-ci ildə Saatlı rayonunda anadan olmuşdur. 1993-2004-cü illərdə orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində bakalavr təhsili almışdır. 2009-2011-ci illərdə isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Bir sinif operator diferensial tənliklərin spektri haqqında”).
2011-2014-cü illərdə Kaspi və Galaxy təhsil mərkəzlərində riyaziyyat və məntiq müəllimi, 2014-2017-ci illərdə BDU-da, funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrasında elmi tədqiqatçı, 2017-2022-ci illərdə BDU, riyazi analiz kafedrasında müəllim vəzifəsində çalışıb. 2017-ci ildən etibarən “Master of Science” tədris mərkəsində həmtəsisçi və müəllim, 2020-ci ildən etibarən “Parabol academy” riyaziyyat mərkəzində təsisçi və müəllim vəzifəsində çalışır. 2022-ci ildən ADNSU-nun tətbiqi və ümumi riyaziyyat kafedrasında, eyni zamanda Qərbi Kaspi Universitetinin mexanika və riyaziyyat kafedrasının müəllimi vəzifəsində çalışır. Dörd elmi məqalənin müəllifidir.