Western Caspian University

Teachers

School of Economics and Business

Murad Hajiyev

Lecturer

Introduction to Economics; Economy of Azerbaijan, Regulation of the Economy; International Economic Relations.

+994 12 565 39 77

murad_haciyev@wcu.edu.az

Hacıyev Murad Zaman oğlu 24 sentyabr 1983-cü ildə Qubadlı rayonunda anadan olub. Orta məktəbin ilk 4 ilini Yusifbəyli kənd məktəbində oxumuşdur. 1993-cü ildə rayon ermənilər tərəfindən işğal olunduğundan orta məktəbi məcburi köçkün olaraq Bakı şəhəri Sabunçu rayonu 155 saylı məktəbdə bitirmişdir. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2004-cü ildə universitetinin Ümumi İqtisadiyyat ixtisaslı İqtisadiyyatın Tənzimlənməsi fakültəsini bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xaricdə təhsil - Dövlət Proqramı” çərçivəsində Türkiyə Cumhuriyyətində magistr təhsili almışdır. 2004-2005-ci illərdə İstanbul Universitetində TÖMER proqramını bitirmişdir. 2005-2008-ci illərdə Marmara Universitetində İktisat Politikası magistr proqramını üzrə “1991 yılından günümüze Azerbaycan Merkez Bankası ve uyguladığı para politikaları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2009-2016-cı illər arası bank, menecer, gömrük brokeri, maliyyə auditi kimi müxtəlif işlərdə çalışmışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsində kiçik elmi işçi kimi çalışmışdır. 2017-ci ilin sentyabr ayından Qərbi Kaspi Universiteti İqtisadiyyat Kafedrasında müəllim kimi çalışır. 2018-ci ildən həmin unuversitetin dissertanturasına qəbul olmuşdur. Eyni zamanda 2018-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində yarımştat, 2022-ci ildən Bakı Avrasiya Universitetində saathsabı müəllim olaraq çalışır.

Murad Zaman oğlu Hacıyev 2017-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin qalibi olmuşdur. Müəllifin 4-ü xaricdə olmaqla ümumilikdə 16 elmi əsəri (12 məqalə və 4 tezis) və Makroiqtisadiyyat fənni üzrə 1 tədris proqramı çap olunmuşdur.

 Hazırda Qərbi Kaspi Universitetinin dissertantıdır. Universitetlərdə “Makroiqtisadiyyat”, “Mikroiqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi”, “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması”, “İqtisadiyyata giriş”, “İqtisadiyyat”, “Azərbaycan İqtisadiyyatı” kimi fənləri tədris edir.

1.

Maliyyə savadlılığının insanların maliyyə davranışına təsiri

Məqalə

AMEA İqtisadiyyat İnstitutu “Elmi Əsərlər” jurnalı.

2.

Davamli və rəqabətqabiliyyətli iqtisadi inkişaf: texnologiyalar və innovasiya

Məqalə

Sumqayıt Dövlət Universiteti “Elmi xəbələr” məcmuəsi Respublika Elmi Konfransı özəl sayı

3.

Qanunvericilikdəki dəyişikliklərlə lisenziyalaşdirma indeksi arasinda əlaqə

Məqalə

Qərbi Kaspi Universiteti

"Elmi Xəbərlər” jurnalı

4.

Səhiyyə maarifliliyi və dövlətin səhiyyə xərcləri

Məqalə

Qərbi Kaspi Universiteti

"Elmi Xəbərlər” jurnalı

5.

Azərbaycanda pul siyasəti, qiymət sabitliyi və iqtisadi inkişaf

 

Məqalə

“İqtisadi Artim və İctimai Rifah” Mövzusunda Beynəlxalq elmi-praktik konfrans materialları

AMEA İqtisadiyyat İnstitutu 60 il

 

6.

 

Dəyişən neft qiymətlərinin Azərbaycanda makroiqtisadi göstəricilər üzərindəki təsirləri

 

Məqalə

Azərbaycan Turizm və Menecment Universiteti "Müasir Dövrdə Effektiv İdarəetmənin Problemləri" mövzusunda elmi-praktiki konfransın materialları kitabı

7

Pul-kredit siyasətinin transmissiya mexanizmləri

 

Məqalə

AMEA İqtisadiyyat İnstitutu “Elmi Əsərlər” jurnalı.

8

 Qlobal iqtisadi böhranlar şəraitində pul siyasəti

 

Məqalə

Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı

9.

Концептуальные основы экономического роста

Məqalə

(rus.)

Финансовый бизнес

Научно-аналитический журнал

10.

Ekonomik büyüme teorileri

Məqalə

Euroasia journal of social sciences & humanities

11.

Determining the sensitivity of the Azerbaijani economy

to the global crisis

Məqalə

(ing.)

5th INTERNATIONAL NEW YORK CONFERENCE ON

EVOLVING TRENDS  IN INTERDISCIPLINARY RESEARCH & PRACTICES

Manhattan, New York City

Online Presentation via Zoom Meetings

12.

Evaluation of the effectiveness and efficiency of monetary policy in Azebaijan

Məqalə

(ing.)

Финансовая экономика

Всероссийский научно-аналитический журнал

13.

Strateji yol xəritəsində

pul-kredit siyasəti

Tezis

Qərbi Kaspi Universiteti.

Gənc Tədqiqatçıların Elmi-Praktik Konfransının MATERİALLARI

14.

The role of energy in sustaınability economic growth

Tezis

1st International Scientific and Practical Internet Conference “Way Science”

 

15.

Monetar Siyasətin Kənd Təsərrüfatının İnkişafına Təsiri

 

Tezis

“Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda respublika elmi konfransı

Qərbi Kaspi Unuversiteti

16.

Monetary policy relationship with agriculture

Tezis

 

Azerbaijan Tourism and Management University

17.

“MAKROİQTİSADİYYAT” fənni üzrə

 

Proqram

Azərbaycan Turizm və Menecment Universiteti

İqtisadiyyat Kafedrası