Western Caspian University

Teachers

School of Economics and Business

Mubariz Baghirov

Professor, Doctor of Economic Sciences

Banking, Bank management, International finance, currency-credit relations

+994 12 565 39 77

mubariz.bagirov@wcu.edu.az

 M.M.Bağırov 11 avqust 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Nursu kəndində doğulub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, iqtisadçı ixtisasına yiyələnib. 1986-cı ildə həmin İnstitutun aspiranturasına qəbul olub və 1993-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1995-1997-ci illərdə Sankt Peterburq şəhərində Dövlət Maliyyə İqtisad Universitetinin doktorantı olub. 1997-ci ildə həmin universitetdə “Azərbaycan Milli Bank sisteminin yaradılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.1978-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur.

1980-1982-ci illərdə Sovet ordusu sıralarında (Gürcüstan Respublikasında) həqiqi hərbi xidmət keçmişdir.

1982-1989-cu illərdə Bakı Baş Tikinti İdarəsində 2№-li evtikmə kombinatında fəhlə, əmək və əməkhaqqı şöbəsində mühəndis, böyük mühəndis və həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.

1989-1993-cü illərdə 2№-li evtikmə kombinatın direktorunun iqtisadi məsələlər üzrə müavini, 1993-1998-ci illərdə Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının İxtisaslaşmış Tikinti filialının müdiri, 1998- 2001-ci illərdə Azərbaycan İqtisadçılar İttifaqının “Pul tədavülü və kredit Departamenti”nin direktoru vəzifələrində çalışıb.

2000-2005-ci illərdə Odlar Yurdu Universitetində “Maliyyə və gömrük işi” kafedrasının müdiri, 2005-2007-ci illərdə “ATRA” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədrinin müavini, 2007-2009-cu illərdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutunda baş elmi işçi, 2009-2010-cu illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda “Maliyyə, pul- kredit siyasəti” şöbəsində baş elmi işçi vəzifəsində işləyib.

2010-cu ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının professorudur.M.M.Bağırov 2007-2010-cu illər ərzində Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Müdafiələri üzrə İxtisaslaşmış Müdafiə Şurasının, 2010-2018-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən FD 02.052 saylı Müdafiə Şurasının üzvü olmuşdur.

2018-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ixtisaslaşmış ekspert şurasının üzvüdür.

2000-ci ildən hal-hazıradək bir sıra elmi jurnalların, o cümlədən Odlar Yurdu Universtitetinin Elmi xəbərlər, Naxçıvan Universitetinin Elmi xəbərlər, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutunda nəşr olunan elmi jurnalların redaksiya heyətinin üzvü olmuşdur.

M.M.Bağırov tərəfindən işlənmiş olan “Milli bank sistemtlərinin transformasiyası, təşəkkülü və inkişaf etdirilməsinin siyasi, iqtisadi, sosial şərtlərinin yaradılmasının nəzəri və metdoloji məsələlərinə dair konsepsiyalar” 1998-ci ildə Moskva şəhərində V.V.Maslennikovun rəhbərliyi altında buraxılan “Milli bank sistemlərinin yaradılması təcrübəsi” adlı Elmi tədqiqat dərgisinə daxil olmuşdur.

2005-ci ildə M.M.Bağırovun həmmüəllifliyi ilə Azərbaycanda ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının qərarı ilə (№TK 5, 07.07.2004) 8 mindən artıq iqtisadi terminləri özündə əks etdirən geniş oxucu və tədqiqatçılar kütləsi üçün zəruri olan “İzahlı iqtisadi terminlər” lüğəti və 4000-dən çox iqtisadi terminləri özündə əks etdirən “Qısa izahlı iqtisadi terminlər” lüğəti buraxılmışdır.

M.M.Bağırov Azərbaycanda bank sisteminin, həmçinin bankların formalaşması, təşkili, idarəedilməsi, tənzimlənməsi, likvidliyi və s. kimi vacib parametrlərinin tədqiqi ilə məşğul olan ilk tədqiqatçılardandır. Bu sahədə 100- dən artıq monoqrafiyası, dərsliyi, dərs vəsaitləri, məqalələri, tədris proqramları dərc edilmişdir.

Bilavasitə rəhbərliyi altında 12 iqtisad üzrə fəlsəfə doktoru müdafiə edib elmi dərəcə almışdır, hal hazırda 5 iqtisad üzrə fəlsəfə doktoru müdafiə ərəfəsindədir.

Əsərləri:

  1. «Создание   Национальной   Банковской   системы            Азербайджана», Monoqrafiya, S.Peterburq, 1997.
  2. «Место    и    роль   коммерческих    банков    в    системе             рыночных отношений». Bakı, 1997

«Условия формирования национальной банковской системе». Bakı, 1997.