School of Political and Social Sciences
Minəvvər Abdullayeva
PhD in Philosophy
+994 12 565 39 74
minevver_abdullayev@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Fəlsəfə
- Orta əsr Şərq fəlsəfə tarixi
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Abdullayeva Minəvvər Arif qızı 1959-cu il yanvarın 10-da Şəki şəhərində anadan olmuşdur. 1976-ci ildə Bakı şəhərində 70 nömrəli məktəbi bitirmişdir. 1981-1986-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır. 1989-1992-ci illərdə AMEA-nın Fəlsəfə İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1993-1996 ci illərdə AMEA-nın fəlsəfə tarixi şöbəsinin kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1995-ci ildə “Əvhədi Marağayınin fəlsəfi baxışları” mövzusuna aid fəlsəfə elmlər üzrə namizədlik dissertasiyanı müdafiə etmişdir. 1996-cı ildən Qərb Universitetində əvvəl baş müəllim, 2004-cü ildən isə dosent vəzifəsində çalışır. Fəlsəfə, məntiq, sosial-siyasi təlimlər tarixi fənləri azərbaycan və rus dilində tədris edir.
Elmi nəşrlər:
- “Övhədi Maraqeinin dünyagörüşü” mövzusunda namizədlik dissertasiyası materiallarına dair məqalələr;
- 1995-ci ildə İran İslam Respublikasında keçirilən Övhədi Maraqeinin yaradıcılığına həsr olunmuş konfransda iştirak;
- Fəlsəfə elmləri namizədlik dissertasiyalarının müdafiəsində kiçik elmi opponent kimi iştirak (2000 və 2009-ci illərdə);
- tədris planları;
- kafedranın elmi işlərində iştirak.