School of Advanced Technologies and Natural Sciences
Mahmud Humbatov
PhD in Biology
Marine flora, Forest plantations, Biology, Microbiology
+994 12 565 39 74
mahmud.humbatov@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Biologiya
- Fiziologiya
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Hümbətov Mahmud Fərzəli oğlu 25 sentyabr 1954-cü ildə Gürcüstan Respublikasında anadan olmuşdur. 1971-1975-ci illərdə Gəncə Dövlət Universitetinin kimya-biologiya fakültəsinin biologiya müəllimliyi ixtisasını bitirmişdir. 1975-1977-ci illərdə Kəlbəcər rayonunda müəllim işləmiş, 1978-ci ildə AMEA A. Qarayev adına Fiziologiya İnstitutunun aspiranturasına qəbul olmuş, 1984-cü ildə “Kür çəkisi və Ağ amur balıqlarının hibridlərinin alınması və erkən ontogenezdə onların inkişaf şərtlərinin müqayisəli öyrənilməsi” adlı dissertasiya işini müdafiə edərək biologiya elmləri namziədi elmi dərəcəsinə layiq görülmüşdür. 1984-1988-ci illərdə həmin institutunda elmi işçi, 1988-1990-cı illərdə Kənd Kimya Birliyində şöbə müdiri vəzifəsində çalışmışdır. Müxtəlif illərdə Xarici Dillər Universitetində, Tibb Universitetində, Zəngi liseyində və hazırlıq kurslarında müəllim kimi fəaliyyət göstərmişdir. 2019-cu il sentyabr ayından 2022-ci il sentyabr ayınadək Lənkəran Dövlət Universitetində Biologiya və Ekologiya kafedrasında əvvəlcə baş müəllim sonra isə dosent vəzifəsində çalışmışdır. 2022-ci ilin sentyabr ayından Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasının ştat müəllimi kimi fəaliyyət göstərir. 20-əqədər elmi məqalənin və fənn proqramlarının müəllifidir.