School of Philology and Translation
Gunel Gasimova
PhD in Philology
Continuous translation and recording; Basic translation skills; Translation practice; Scientific and technical translation; Written translation; Translation theory; Artistic translation.
+994 12 492 74 18
gunel.gasimova@wcu.edu.az
Qasımova Günel Eynulla qızı 24 dekabr 1984– cü ildə Bakı şəhərində anadan olmuşdur.2001-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə daxil olmuş,2005-ci ildə oranı fərqlənmə diploma ilə bitirmişdir.2005-ci ildə respublika birincisi olaraq daxil olduğu ADU-nun tərcümə ixtisası üzrə magistr pilləsini 2008-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.2012-2016ADU-da müqayisəli tipoloji dilçilik sahəsi üzrə doktorantura təhsili almış və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. İş fəaliyyətinə 2007-ci ildə Təfəkküruniversitetində ingilis dili tədris etməklə başlamışdır.2008-ci ildə ADU’nun Tərcümə Nəzəriyyəsi və Praktikası kafedrasında laborant və saathesabı müəllim kimi işləmək təklifi almış,2010-2012-cu illərdə müəllimliklə yanaşı həmin universitetin Tərcümə Araşdırmalar Mərkəzində elmi işçi, tərcüməçi kimi fəaliyyət göstərmişdir.2012-2016-ci illərdə Xəzər Universitetində müəllim və tərcüməçi kimi bir çox nəzəri və praktik fənnləri tədris etmişdir. 2016-2017-ci illərdə Zərdabi nəşriyyatda redaktor və tərcüməçi, 2017-2019-cu illərdə BTC şirkətində yazılı tərcüməçi,2018-2019–cu illərdə Hədəf kurs və liseyində müəllim,2019-2020 İdrak liseyində İB ingilis dilimüəllimi,2020-ci ildən QKU universitetində fəaliyyətinimüəllim və tərcüməçi kimi davam etdirir.
Bir çox yerli təlim və seminarlarda aktiv iştirak etməklə yanaşı TEFL,TESOL, IELTS,TKT kimi beynəlxalq sertifikatları da almışdır. Yerli və xarici elmi jurnallarda çoxlu sayda elmi məqaləsi dərc edilmiş, yerli və beynəlxalq elmi praktik konfranslarda çıxış etmişdir.
Elmi əsərlər:
- S.Moemin “Ay və qara şahı” əsərindəki kultural terminlərin azərbaycan dilində verilməsi. Elmi xəbərlər. №1, Bakı-2011
- Bayronun “Mazepa” əsərinin forma və məzmunu. Elmi xəbərlər №3, Bakı-2011
- Azərbaycan dilindəki kultural terminlərin ingilis dilinə transformasiyası. Dil və Ədəbiyyat. Azərbaycan Dillər Universiteti. Bakı, 2013, №1
- Tərcümədə kultural boşluqlar. Tətbiqi dilçiliyin müasir problemləri. Respublika elmi praktiki konfransın materialları. Azərbaycan Dillər Universiteti. Bakı: Mütərcim,2013
- Təsisat adlarının tərcüməsinə ümumi baxış. Gənc tədqiqatçıların II beylnəlxalq elmi konfransın materialları. Qafqaz Universiteti. Bakı, 2014
- Müasir dövr təsisat adlarının mənşəyi və onların Azərbaycan dilinə tərcüməsi zamanı ortaya çıxan çətinliklər. Dil və Ədəbiyyat. Azərbaycan Dillər Universiteti. Bakı, 2014, № 4
- Təsisat abbreviaturaları və onların tərcümə yolları. Elmi xəbərlər. Azərbaycan Dillər Universiteti. Bakı, 2014, №4
- Важные вопросы, на которые необходимо обращать внимание во время перевода институциональных терминов (На основании выбранных образцов институциональных терминов, существовавших на территории Азербайджана в начале ХХ века). Научный аспект, Раздел: Гуманитарные науки Самара,2014, №2
- Beynəlxalq təsisat adlarının Azərbaycan dilinə tərcüməsi zamanı yaranan çətinliklər. Dil və Ədəbiyyat. Azərbaycan Dillər Universiteti. Bakı, 2015, №1
- XX əsrin əvvəllərində Azərbaycan ərazisində mövcud olan dini təsisat adlarının tərcümə yolları. Elmi xəbərlər. Azərbaycan Dillər Universiteti. Bakı ,2015,№ 2
- XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ərazisində mövcud olan mətbuat adlarının tərcümə yolları. Tağıyev oxuları. BSU. Bakı, 2017, №1
- Problems of translatıng culture-specıfıc terms, whıch exısted ın the Azerbaıjanı language at the begınnıng of the XX century, ınto Englısh (by the materıal of Dılara Seyıd-zade’s “Azerbaıjan ın the begınnıng of the XX century: Roads Leadıng to Independence”). Филологические науки. Вопросы теории и практики. РФ, 2018, № 9 (87)