School of Political and Social Sciences
Gunay Hasanova
PhD in History
gunay.hesenova@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Azərbaycan tarixi (orta əsrlər dövrü)
- Azərbaycan xalqının etnoqrafiyası
- Azərbaycan xalqının məişət mədəniyyəti
- Etnoqrafiyanın əsasları
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Günay Çapay qızı Həsənova 1983-cü ildə Tovuz rayonunda anadan olmuşdur. 1989-2000-ci ilərdə orta təhsilini, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsini bakalavr, 2006-2008-ci illərdə həmin universitetinin Azərbaycan tarixinin qədim və orta əsrlər dövrü” bölməsini magistratura pilləsi üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 2008-2011-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda doktorantura pilləsi üzrə təhsil alaraq, 2014-cü ildə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2008-ci ildə Azərbaycan İstiqlal Muzeyində elmi işçi, 2008-2019-cu illərdə ədliyyə orqanlarında böyük inspektor və şöbə rəisi, 2019-2021-ci illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda baş mütəxəssis, 2021-2022-ci ilərdə Qərbi Kaspi Universitetində şöbə müdiri vəzifələrində çalışmışdır.
Hal-hazırda Qərbi Kaspi Universitetində Tarix və Fəlsəfə kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir.
Dissertasiya mövzusu: “Azərbaycan xalqının məişət mədəniyyəti” etnoqrafik araşdırma.