School of Philology and Translation
Farida Kazimova
PhD in Philology
Introduction to literary studies, Oral folk literature, Literary theory, Azerbaijani dialectology
+994 12 492 74 18
feride.kazimova@wcu.edu.az
Fəridə Allahyar qızı Kazımova 14 avqust 1980-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur. 1997-ci ildə Qədimkənd kənd orta məktəbini bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1997-2001-ci illərdə bakalavr, 2001-2003-cü illərdə LDU-da magistr pilləsi üzrə təhsil almışdır. 2003-cü ildə Neftçala rayon Aşağı Surra kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə, 2007-ci ildə Neftçala rayon Qədimkənd kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə, 2014-cü ildə “Kaspi” Təhsil Şirkətinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə qəbul olunmuşdur. 2006-2010-cu illərdə AMEA-nın Folklor İnstitunun doktorantı olmuş, 2019-cu ildə Filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2021-ci ildən Qərbi Kaspi Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına müəllim vəzifəsinə qəbul olunmuşdur.
1.Xızır obrazı. “Dədə Qorqud” elmi-ədəbi toplu, III(28). Bakı, Nurlan, 2008, səh.112-118.
2. “Dədə Qorqud ” dastanında antroponimlərin ritual-mifoloji semantikası, Dədə Qorqud elmi-ədəbi toplu, I(30). Bakı, Nurlan, 2009, səh.8-14.
3. “Dədə Qorqud” dastanında toponimlərin epik-mifoloji semantikası. “Dədə Qorqud” elmi-ədəbi toplu, I (38). Bakı, Nurlan, 2011, səh.12-24.
4. Историко-географическая семантика топонимов в эпосе “Китаби-Деде Коркуд” Хаварши Вестник. КНУ имени Аль-Фараби. Серия филологическая,№3(133),2011,с40-42.
5. Художственный портрет образов в «Книги ДедеКоркуда». Современная тюркология. Материалы конференции.Алматы, 17-18 мая,2011,с.167-168.
6. “Dədə Qorqud Kitabı”nda titul və epitetlərin semantikası.Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Elmi-ədəbi toplu XXXIV. Bakı.Elm və təhsil, səh. 130-141.
7. “Dədə Qorqud Kitabı”nda antroponimlərin tarixi semantikası. AMEA. Xəbərlər.Humanitar elmlər, №1, 2015. Səh. 187-192.
8. Azərbaycan folklorunda “Qaraçuxa” obrazı. Folklor və Etnoqrafiya, Bakı, 2015(4)səh.43-50
9. “Dədə Qorqud Kitabı”nda antroponimlərin epik semantikası. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Elmi-ədəbi toplu, I, Bakı, Elm və təhsil,2016, səh.148-154.
10. “Sənə kim baxdı yarım” (bir bayatının izi ilə). Folklor və Etnoqrafiya. Bakı, 2016, səh. 65-72.
11. “Dədə Qorqud Kitabı”nda heyvan adlarının epik və mifoloji semantikası. Filologiya məsələləri(3),Bakı, Nurlan, 2017, səh.63-71.
12.Molla Pənah Vaqif- rəvayətləşən tarix. Folklor və Etnoqrafiya .Bakı,2017,43-50.
13. “Dədə Qorqud Kitabı”nda quş adlarının epik-mifoloji semantikası.Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal,2(102).BDU,2017, səh.53-55.
14. “Əmsali-türkanə” XVIII yüzillik ədəbi abidəsi kimi. Folklor və Etnoqrafiya. 2017, 3-4, səh.82-89.
15.El deyimlərinin tarixi-mifoloji semantikası. Folklor və Etnoqrafiya. 2018, 1-2, səh.51-59.