Western Caspian University

Teachers

School of Economics and Business

Damat Bagirov

Professor, Doctor of Economic Sciences

Public finance, Tax administration

+994 12 565 39 77

damet.bagirov@wcu.edu.az

Damət Bağırov 1961-ci ildə may ayının 5-də Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuş, 1978-ci ildə həmin rayonda orta məktəbi bitirmişdir.  1978-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir.

1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi, 1997-ci ildə dosent elmi adı alıb.
1995-1998-ci illərdə Sank-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxuyub. 1998-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində – 08.00.10 «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Elə həmin ildə Rusiya Federasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
2000-ci ildə AR Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu alıb.


2005-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ: İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı vəzifəsində çalışıb. 1989-1994-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda tədris laboratoriyasının müdiri, müəllim vəzifələrində çalışıb. 1994-1995-ci illərdə «Tuqay» (indiki “Bank of Baku”) kommersiya bankının idarə heyətinin sədri vəzifəsində işləyib.


1995-1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini  vəzifələrində işləyib. 1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad İnstitutunun «Maliyyə» kafedrasının 0,5 ştatla dosenti vəzifəsində işləyib. 2000-ci ilin fevral ayından AR İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, baş məsləhətçi, şöbə rəisi vəzifəsində işləyib.

2001-ci il avqust ayından İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasının professoru (0,5 ştat) vəzifəsində işləmişdir. 2005-ci ilin fevralından «Vergi və vergiqoyma» kafedrasının tam ştatla professoru və Maliyyə fakültəsinin dekanı vəzifəsində çalışıb. 2008-2009-cu illərdə universitetin tədris işləri üzrə prorektoru və  «Maliyyə» kafedrasının müdiri vəzifəsində işləyib. 2009-2010-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib. 2018-ci ilə kimi UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 24.04.2006-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Təhsil Nazirinin 11/927 saylı 27.09.2011-ci il tarixli  əmri ilə AR Təhsil Nazirliyinin Fəxri Fərmanı  ilə təltif olunub.

11 monoqrafiya və dərs vəsaitinin, 14 tədris proqramı və metodik göstərişin, 70-dən çox elmi məqalələrin müəllifidir.

  • Аудит. 68 ст. Баку Шарг-Гарб, 1996.
  • Налоговая проверка. 153 ст. Баку-1997
  • Финансовый рынок Азербайджана и аудит его небанковских институтов. 140 ст. СПб.: Изд-во СПбГУЭФ, 1997
  • Основы аудита в условиях перехода к рыночной экономике. 95 ст. СПб.: Изд-во СПбГУЭФ, 1997.
  • Vergi auditi. 425 s. Bakı 1999-cu il, dərslik.
  • Vergi nəzarəti. 412 s. Bakı , 2006-cı il, dərslik
  • Корпоративные финансы. 154 ст. Учебное пособие. Баку — 2010
  • "Maliyyə" Dərs vəsaiti. 384 s., Bakı "İqtisad Universiteti" nəşriyyatı, 2011.