Tələbələrimiz Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda praktiki dərsdə iştirak ediblər
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiylar və İnnovativ Mühəndislik Məktəbinin biologiya ixtisası IV kurs bakalavr, eləcə də genetika və molekulyar biologiya ixtisasları üzrə təhsil alan magistrantları üçün Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda praktiki dərs təşkil edilib.
Tələbələr institutun laboratoriyalarında baxış keçirib, üzümdən şərab məhsullarının alınması biotexnologiyası, yağın əldə edilməsi prosesləri ilə tanış olub.
Sonda institutun direktoru a.e.ü.f.d., dosent Vüqar Səlimov universitetin kitabxanasına üzümçülüklə bağlı kitablar hədiyyə edib.