Школа политики и социальных наук
Рза Ахундов
Доктор философии в области политических наук
Международные соглашения; особенности сроков и документации, система безопасности стран НАТО
+994 12 565 39 77
rza.axundov@wcu.edu.az
Axundov Rza Rizvan oğlu 1983-1987-ci illərdə Y.V. Andropov adına Leninqaradın Ali Hərbi-Siyasi Məktəbində təhsili almışdır. 1987-1992-ci illərdə Sovet Ordusunda Komandirin Siyasi Məsələlər üzrə Müavini vəzifəsində xidmət etmişdir. 1992-1994-cü illərdə Fizulidə Briqada Komandirinin Sosial Hüquqi Məsələlər üzrə Baş Təlimatçısı;1994-1997-ci illərdə Alay Komandirinin Siyasi-Sosyal işlər üzrə Müavini.
1997-1999-ci illərdə Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Hərbi Qərargahında SNT Proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Əlaqələndirici zabiti;1999-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarına əsasən NATO-nun Brüsselldəki Qərargahının Hərbi Komitəsi Yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Nümayəndəsi – Azərbaycan Respublikasının NATO-dakı Nümayəndəliyinin Hərbi-Siyasi məsələlər üzrə müşaviri;
2004-2007-ci illərdə Ağdamda Briqada komandirinin Tərbiyəvi işlər üzrə müavini;
2007-2014-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində İdarəetmə kafedrası Rəisinin Müavini;
2014-2016-ci illərdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Avro-Atlantik Əməkdaşlıq Şöbə Rəisinin Müavini.
14.07. 2015 - Siyasət elmləri üzrə fəlsəfə doktoru dərəcəsi İnsan Hüquqları İnstitutunda yerinə yetirilmişdir.Elmi işin adı: “Azərbaycan-NATO əməkdaşlığının Hərbi-Siyasi Aspektləri”
Əsas elmi nəşrlər:
· NATO-nun yaranmasının tarixi əhəmiyyəti və zəruriliyi;
· Milli təhlükəsizlik sisteminin güc strukturları tərəfindən qərar qəbuledilməsinə yeni elmi yanaşma;
· NATO-nun genişlənmə strategiyası «soyuq müharibə»dən sonrakı dövrdə;
· Çoxmeyarlı hərbi-siyasi məsələlərin həlli metodologiyası;
· Azərbaycan-NATO Əməkdaşlıq Məqsədlərinin Analitik İerarxiya Metodları ilə Təhlili; Beynəlxalq Konfrans-Skopye, Makedoniya (BALKAN STUDİES I geography and geostrategy)
· XX yüzilliyin 90-cı illərinin geosiyasi reallıqları və NATO-nun genişlənmə strategiyası;
· Эволюция стратегических установок НАТО и ее особенности;
Международный издательский центр Москва «ЭТНОСОЦИУМ») №6 (38) 2011
· NATO-nun müasir dövrün reallıqlarına adaptasiyası;
· NATO-nun Soyuq Sülh Dövrü Genişlənməsi: Cənubdan Baxış;
· Böyük Orta Şərq layihəsinin reallaşmasında NATO- nun rolu;
· Azərbaycan-NATO əməkdaşlığının yaradılması və inkişafında Ümummilli lider Heydər Əliyevin rolu;