Школа высоких технологий и естественных наук
Рауф Аманов
Доктор философии по географии
Современные проблемы анализа данных, Распределенная база данных и знаний, Инновационные технологии в городском дизайне, Графические интерфейсы, Спутниковые технологии и окружающая среда изучение, Структура земли и кадастр
+994 12 565 39 74
amanovrauf@wcu.edu.az
Akademik fəaliyyət istiqamətləri
- Coğrafi İnformasiya Sistemləri
- İqtisadi və Sosial coğrafiya
- Demoqrafiya
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Əmənov Rauf Rizvan oğlu 18.04.1980-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. 1986-1998-ci il tarixlərində 8 saylı orta məktəbdə təhsil almışdır. 1998-2002 –ci il tarixlərində Gəncə Dövlət Universitetinin Coğrafiya ixtisasını, 2007-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İqtisadi və Sosial” ixtisası üzrə magistraturasını, 2011-2015-ci illərdə isə AMEA Coğrafiya İnstitutunun “İqtisadi, Sosial və Siyası şöbəsinin” doktoranturasını bitirmişdir. 2022-ci ilin aprel ayında “Quba-Xaçmaz iqtisadi rayonunda əhali məskunlaşmasının CİS ilə tədqiqi” elmi işini uğurla müdafiə etmişdir. 2011-2015-ci illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi və Coğrafi İnformasiya Sistemləri mərkəzinin rəhbəri olmuşdur. 2015-2017-ci illərdə Azərbaycan Texnologiya Universitetində Tərbiyə işləri üzrə koordinator, Davamlı İnkişaf Mərkəzinin direktoru və digər vəzifələrdə çalışmışdır. 2013-2015-ci illərdə Milli Aviasiya Akademiyasında Hidrometerologiyada Coğrafi İnformasiya Sistemlərinin tətbiqi, 2018-2019-cu illərdə Bakı Mühəndislik Universitetində Nəqliyyatda Coğrafi İnformasiya Sistemləri fənnini, 2019-cu ildən Qərbi Kaspi Universitetində Coğrafi İnformasiya Sistemləri fənnini tədris etməkdədir. 2017-ci ildən “Caucasus Geo Survey” MMC-nin təsisçisi və direktorudur. 2022-ci ilin yanvar ayından BMT-nin Ərzaq və Kənd təsərrüfatı agentliyinin (FAO) müstəqil ekspertidir. Coğrafi İnformasiya Sistemləri üzrə dünya lideri olan ESRİ şirkətinin London, Edinburq, Moskva, Ankara, İstanbul ofislərində CİS texnologiyası üzrə müxtəlif təlimlərdə iştirak etmişdir. 10 ildən çox CİS təcrübəsinə malik olan Rauf Əmənov BP, KOCKS, SAİPEM, GİZ, İOM, FAO kimi beynəlxalq şirkətlərin layihələrində CİS məsləhətçi və layihə rəhbəri kimi iştirak etmişdir.
Hal-hazırda Qərbi Kaspi Universitetində müəllim vəzifəsində çalışır. 12 elmi məqalənin müəllifi və 10 dan çox yerli və beynəlxalq layihələrin iştirakçısıdır.