Школа политики и социальных наук
Айгюн Маммедова
Кандидат исторических наук
Нумизматика Азербайджана, нумизматика народов Кавказа
+994 12 565 39 77
aygun.memmedova@wcu.edu.az
20.05.1979-cu ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1985-1995-ci illərdə Bakı şəhəri Yasamal rayonundakı 31 saylı orta məktəbdə təhsil almışdır.
1995-2000-ci illrədə Bakı İslam Universitetinin «islamşünaslıq» fakültəsində «islamşünas-şəriət müəllimi» ixtisası üzrə təhsil almışdır.
2007-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin aspirantura пиллясиня «археолоэийа» ихтисасы цзря qəbul olunmuş və 2013-cü ildə dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1999-2000-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun «Numizmatika» söbəsində baş laborant olaraq əmək fəaliyyətinə başlamışdır.
2006-cı ildən Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsində baş laborant, 2009-cu ildən kiçik elmi işçi, 2012-ci ildən elmi işçi olaraq çalışmışdır. 2021-ci ildən hal-hazıradək muzeyin Numizmatika Fondunun müdiridir.
Bir sıra beynəlxalq və respublika konfranslarında məruzələr etmiş, əsərləri nəşr edilmişdir.
2020-ci ildən hazıradək Qərbi Kaspi Universitetində müəllim olaraq fəaliyyət göstərir.